Avropa Komissiyası Qurana hörmətsizliyi tənqid etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Şurası nəzdindəki İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyasının hesabatında Kopenhagendə Quranı yandıran Rasmus Paludanın təxribat xarakterli hərəkəti tənqid edib.
Telexeber.az xəbər verir ki, hesabatda bildirilir ki, Danimarkada nifrət yaradan cinayətləri törədənlər polisin müdafiəsindən faydalanır. Məlumata görə, Danimarkada təxribat yarada biləcək əməllər “ifadə azadlığı” adı altında həyata keçirilir. Qeyd edilir ki, belə təxribatların qarşısını almaq üçün Danimarka müəyyən irəliləyişlər əldə etsə də, hələ də çatışmazlıqlar var.