Cəmi 8 ay davam etdi - Zəlzələ arzuları ilə birlikdə onları dağıntılar altında öldürdü

Türkiyədə zəlzələdə həlak olan cütlüyün acı taleyi ürək sızlatdı.

Telexeber.az NTV-yə istinadla xəbər verir ki, 8 aylıq evli olan hərbçi baş leytenant Miraç İlhan və xanımı Esra İlhan dəhşətli zəlzələdə itkin düşüblər.


Hadisə şahidlərinin sözlərinə görə, onlar "Rönesans Residence" binasının dağıntıları altında qalıblar. Axtarış nəticəsində Miraç İlhanın cansız bədəni tapılıb. Hərbçinin xanımı Esradan isə hələ də xəbər yoxdur.

Esra İlhanın atasının sözlərinə görə, cütlük evi almazdan öncə zəlzələyə davamlı olub-olmaması ilə bağlı məlumatlar toplayıblar. Bundan əmin olduqdan sonra isə 6-cı mərtəbədə mənzil alıblar: "Nə əzab çəkdiyimi ancaq mən bilirəm, Allah da bilir. Acınacaqlı vəziyyətdəyik. Bundan sonra həyatım necə olacaq, bilmirəm. Kaş allah mənim canımı alaydı. Arzuları vardı, amma olmadı. Həyat yoldaşım da zəlzələdən bir həftə əvvəl orada idi. Zəlzələdən bir həftə əvvəl gəldi. Bilsəydik, ikisini də gətirərdik".
Популярный ролик