Tovuzda avtomobillə vurulan 68 yaşlı piyadanın ayağı sınıb
- 21.11.2023, 09:13,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Tovuz rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Telexeber.az ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun “ASAN xidmət” mərkəzinin önündə qeydə alınıb.
Tovuz rayon sakini, 1955-ci il təvəllüdlü Surxay Nağıyevi avtomobil vurub.
O, ağır halda xəstəxanaya yerləşdirilib. Onun bud sümüyünün sındığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.