Maşın qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanıldı
- 26.02.2024, 12:49,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fevralın 24-də gecə saatlarında Buzovna qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.