Sumqayıtda ana və övladı qidadan zəhərləndi
- 05.08.2024, 12:07,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıtda ana və azyazşlı övladı qidadan zəhərlənib.
Telexeber.az xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Mərdanova Aişə Adil qızı və övladı, 2022- ci il təvəllüdlü Mərdanov Əli Səxavət oğlu yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər.
Onlar dərhal xəstəxanaya çatdırılıb.
Ana və övladının ət məhsulundan zəhərləndiyi ehtimal olunur.