Bakıda 18 yaşlı tələbə ölümə səbəb oldu
- 19.09.2024, 10:15,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Telexeber.az xəbər verir ki, paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb.
Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. O, sürücülük vəsiqəsini yeni alıbmış.