Göyçayda maşın piyadanı vuraraq öldürdü - FOTO
- 10.11.2024, 10:53,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Göyçay rayonununda ölümlə nəticələnən yol qəzası baş verib.
Telexeber.az-ın məlumatına görə, noyabrın 9-da saat 21:00 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.

