Ağır qəza oldu - Xəsarət alanlar var
- 13.01.2026, 13:49,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.
85-AD-506 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzada Ceyhun Talıbov, Səməd Bilalov, Süleyman Bəylərov və İlkin Məmiyev xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.