Qanunsuz silah-sursat aşkarlandı
- 02.06.2026, 11:45,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İyunun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 qumbara, 2 tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edərək götürüblər.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.