Bakı Şəhər Narkoloji Mərkəzdə ümidverici dəyişikliklər – Qalib Məmmədovun rəhbərliyi ilə yeni mərhələ


Son dövrlərdə Bakı Şəhər Narkoloji Mərkəzdə müşahidə olunan müsbət dinamika diqqət çəkir. Tibb müəssisəsində həyata keçirilən yenilənmə və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər pasiyentlərin və onların yaxınlarının da razılığı ilə qarşılanır.

Məlumatlara görə, narkoloji mərkəzin baş həkimi Qalib Məmmədovun rəhbərliyi dövründə müəssisədə daha sistemli yanaşma formalaşıb, müalicə və reabilitasiya proseslərinin effektivliyi artırılıb. Xüsusilə asılılıqdan əziyyət çəkən şəxslərin sosial həyata qaytarılması istiqamətində kompleks tədbirlərin gücləndirildiyi bildirilir.

Tibb müəssisəsində çalışan kollektivin fəaliyyətinin koordinasiyası, xəstələrlə ünsiyyət və psixoloji dəstəyin genişləndirilməsi də əsas diqqət mərkəzində saxlanılan istiqamətlərdən biri kimi qeyd olunur. Bu isə ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərir.

Əldə olunan nəticələr göstərir ki, narkoloji sahədə aparılan işlər təkcə müalicə ilə məhdudlaşmır, eyni zamanda sosial reabilitasiya və cəmiyyətə adaptasiya prosesini də əhatə edir.
Популярный ролик