Bəzi məktəblər distant təhsilə keçə bilər - Nazir
- 16.12.2025, 10:08,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

“Distant təhsilə səmərəlilik, şagirdlərin daşınması və onların rahatlığı baxımından yanaşılır”.
Telexeber.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə REAL TV-yə müsahibəsində məlumat verib.
Nazir bildirib ki, məsələ hazırda gündəmdədir və bu modelin icrası mümkün hesab olunur.
Onun sözlərinə görə, distant təhsil modelinin tətbiqi növbəti tədris ilindən etibarən mümkün ola bilər.