ADY qəbul etdiyi blok-qatarların sayın açıqladı

2025-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC 392 blok-qatar qəbul edib.

Telexeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bu, 2024-cü ilin göstəricisi (287 blok-qatar) ilə müqayisədə 37 % artım deməkdir.

Ötən il ümumilikdə 135 300 TEU konteyner yük daşınıb ki, bu da əvvəlki ilin göstəricisindən (114 000 TEU) təxminən 19 % çoxdur.
Популярный ролик