Bir dönəmlər əsən külək dayandı — Esmanur öz nüfuzunu qorumağı bacardı


Son dövrlər müxtəlif sosial platformalarda və bəzi xəbər resurslarında “Esmanur” uşaq bağçası və onun rəhbəri İlahə Xuduqızı barədə səsləndirilən iddialar cəmiyyətdə müəyyən suallar yaratmağa çalışsa da, zaman bir daha göstərdi ki, əsassız ittihamlar həqiqətin qarşısında davamlı ola bilmir.

Bir dönəmlər küləklə yayılan çırpıntılar, elə həmin küləklə də sovrulub getdi. Çünki burada illərlə qurulan etibar, zəhmət, qayğı və uşaqlara göstərilən xidmət dayanır.

Uzun illərdir fəaliyyət göstərən “Esmanur” məktəbəqədər təhsil müəssisəsi yüzlərlə ailənin etimadını qazanıb. Valideynlərin ən həssas mövzusu olan övladlarının təhlükəsizliyi, təhsili və mənəvi inkişafı məsələsində bağça rəhbərliyinin göstərdiyi həssas münasibət bu gün də müəssisəyə olan inamı qoruyub saxlayır.

Müşahidələr göstərir ki, bəzi hallarda işində nöqsana yol verən və müəssisədən uzaqlaşdırılan şəxslərin sonradan emosional çıxışlar etməsi, ittiham xarakterli açıqlamalar yayması cəmiyyət üçün artıq yeni hal deyil. Lakin hüquqi dövlət prinsiplərinin hökm sürdüyü bir ölkədə hər bir iddia sübutlarla danışmalıdır. Əks halda böhtan və şər xarakterli çıxışların son ünvanı məhkəmə zalları olur.

İlahə Xuduqızı isə yayılan iddialarla bağlı hüquqi müstəvidə mübarizə aparacağını əvvəlcədən bəyan etmişdi. Bu isə onun məsələyə emosional deyil, qanun çərçivəsində yanaşdığını göstərən əsas nüanslardan biri kimi qiymətləndirilir.

Bu gün “Esmanur” fəaliyyətini davam etdirir, valideyn etimadı isə dəyişməz olaraq qalır. Çünki insanların gördüyü bir həqiqət var: burada əmək var, əziyyət var, qayğı var, xidmət var.

Cəmiyyət isə artıq emosional kampaniyalarla həqiqi xidməti bir-birindən ayırmağı yaxşı bacarır.
Популярный ролик